Prezident İlham Əliyev Azərbaycanın ümumi inkişafını müsbət qiymətləndirir və gələcəkdə hər hansı bir ciddi problem görmür.
“Ölkəmizin ümumi inkişafı müsbətdir və mən gələcəkdə hər hansı bir ciddi problem görmürəm”, - deyə o, bu gün Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarının icra hakimiyyətlərinin yeni başçılarının təyin olunmaları ilə bağlı qəbul edərkən bildirib”, - deyə dövlət başçısının saytında məlumat verilir.
Onun sözlərinə görə, bütün bu müsbət nəticələri qorumaq və onları artırmaq üçün mütləq kadr islahatı da aparılmalıdır. Bu məqsədlə Azərbaycanda hazırda çox ciddi kadr islahatları aparılır.Eyni zamanda, siyasi islahatlar aparılır”, - deyə İ.Əliyev qeyd edib.
Prezident vurğulayıb ki, bu gün kadr islahatlarının yeni dövrüdür və yeni təyin olunan icra başçılarından, ilk növbədə, vəziyyəti düzgün qiymətləndirmək tələb olunur.
“Siz, ilk növbədə, vəziyyəti düzgün qiymətləndirməlisiniz, çox ciddi təhlil aparmalısınız, çatışmayan cəhətləri üzə çıxarmalısınız və mövcud olan problemlərin həlli üçün səylərinizi göstərməlisiniz. O problemlər ki, həlli mərkəzi icra orqanlarından asılıdır, siz mütləq mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, digər müvafiq qurumlara müraciət etməlisiniz. Birinci halda ləyaqətlə xidmət etməlisiniz. Bu, həm bu gün yeni təyin olunan icra başçılarına, həm də artıq icra başçısı vəzifəsində işləmiş və digər rayon və şəhərlərə göndərilən icra başçılarına aiddir. Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək. Məhz bu xidmətə görə Azərbaycan əhalisi bizə çox böyük dəstək göstərir”, - deyə İ.Əliyev bildirib.*
B.Rüstəmbəyov