2019-cu ildə Azərbaycanda rekord səviyyəsində pambıq yığılıb. Bunu prezident İlham Əliyev bu gün Azərbaycanın şəhər və Bakının rayonlarının icra hakimiyyətlərinin yeni başçılarını qəbul edərkən bildirib.
“Bu ilin 9 ayının yekunlarına görə qeyri-neft sənayemiz 15%-dən, kənd təsərrüfatı 7%-dən çox artıb. Artıq pambıq yığımı mövsümü başa çatır, mənə verilən məlumata görə, bu il biz rekord göstəriciyə nail olmuşuq. Biz keçən ilə nisbətən əkin sahələrini azaltdıq, 132 min hektardan 100 min hektara endirdik, çünki bəzi yerlərdə torpaqlar düzgün seçilməmişdi. Ancaq məhsuldarlıq artdı. Hazırda yığım davam edir və hektardan məhsuldarlıq 27 sentnerə çatıb, keçən il 17 sentner idi”, - dövlət baçısının saytında İ.Əliyevin sözlərindən sitat gətirilir.
O qeyd edib ki, ötən il 132 min hektardan 233 min ton pambıq yığılıbsa, bu il 100 min hektardan artıq 270 min tondan çox pambıq yığılıb.
O cümlədən, Əliyev bildirib ki, ASK sektorunda taxılçılıqda da böyük irəliləyiş var. Ümumi göstərici hektardan 32 sentnerə çatıb. “Bu, çox yaxşı göstəricidir. Daha da artacaq. Meyvəçilikdə, fındıqçılıqda da məhsuldarlıq artır”, - Əliyev vurğulayıb.
Prezident məlumat verib ki, kənd təsərrüfatı sahəsində dövlət xətti ilə çox böyük işlər görülür və məmurları sahibkarlara dəstək olmağa, onlara diqqət göstərməyə çağırıb. “Əgər hansısa sahibkar vəsait qoymaq, hansısa iş görmək istəyirsə, birinci olaraq siz ona dəstək verməlisiniz”,- İ.Əliyev bildirib.
“Sahibkarlara da deyirəm ki, əgər belə xoşagəlməz halla üzləşsələr, dərhal bizə məlumat versinlər”, - Əliyev bəyan edib. **
N.Abbasova