Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Bakıda Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan bin Səid əl-Mansurini qəbul edib. Bu barədə dövlət baçısının saytında məlumat verilir.
Sultan bin Səid əl-Mansuri noyabrın 13-də keçiriləcək Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasında iştirak məqsədilə Bakıya gəlib. **
A.Əzizov