Azərbaycan prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Sultan bin Səid əl-Mansuri ilə görüşdə ikitərəfli əlaqələrin intensivləşəcəyinə əminlik ifadə edib.
“Ticarət dövriyyəmizdə yaxşı nəticələr var. Əlbəttə ki, turizm artır, indi hər iki istiqamətdə”, - dövlət başçsının saytında Əliyevin sözlərindən sitat gətirilir.
Prezident Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya çərçivəsində ənənəvi sahələrdə əməkdaşlığı intensivləşdirmək üçün addımların atılacağına əminlik ifadə edib.
“Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında iqtisadi əlaqələrə çox sadiqik”, - Sultan bin Səid əl-Mansuri bildirib.
“Görüşdə sərmayə qoyuluşu, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edildi”, - məlumatda vurğulanır. **
A.Əzizov