Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) baş direktoru Aleksandr de Junyak 2020-ci ildə Azərbaycana səfər edəcək.
“2020-ci ildə Bakı uçuşların təhlükəsizliyi və uçuş əməliyyatlarına həsr olunmuş ən mühüm beynəlxalq konfranslardan biri – “Safety and Flight Ops Conference”a ev sahibliyi edəcək. ICAO-nun baş katibi Fan Liu və IATA-nın baş direktoru Aleksandr de Junyakın Azərbaycanın paytaxtına səfəri gözlənilir”, - “İnterfaks-Azərbaycan”a “Azərbaycan Hava Yolları” QSC-dən məlumat verilib.
“AZAL IATA-nın tamhüquqlu üzvü olub, bu beynəlxalq təşkilatla aviasiyanın bütün sahələrində və ilk növbədə sərnişin daşımalarının təhlükəsizliyinin təmin edilməsi sahəsində sıx əməkdaşlıq edir. Müasir texnologiyaların tətbiqi bu vacib məsələdə uğurun təməlidir", – AZAL prezidenti Cahangir Əsgərov “Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası”nın (IATA) Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyinin direktoru Cankarlo Buono ilə Bakıda görüş zamanı bildirib. **
A.Əzizov