Azərbaycanın vergi orqanları “Moonvake Investment” investisiya şirkətini qeydiyyata alıb. Bu barədə “Vergilər” qəzetinin saytında məlumat verilir.
Şirkətin nizamnamə kapitalı 170 min manatdır. “Moonvake Investment” şirkətinin qanuni nümayəndəsi Kamran Qasımovdur. Şirkət oktyabrın 24-də dövlət qeydiyyatından keçib.
Bundan başqa, vergi orqanları nizamnamə kapitalı 100 min manat olan “ELAY-P MMC”ni qeydiyyata alıb. Şirkət oktyabrın 15-də dövlət qeydiyyatından keçib və rəsmi nümayəndəsi Oqtay Əhmədovdur.*
Ə.Məmmədov