Azərbaycan Çində ikinci Ticarət Evi açacaq. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyi, Veynan İqtisadi və Texnoloji İnkişaf Zonası və “Xian Camel Guest E-Commerce Co.Ltd.” şirkəti arasında Şaansi əyalətinin Veynan şəhərində Azərbaycan Ticarət Evinin yaradılmasına dair Əməkdaşlıq Müqaviləsi imzalanıb”, - deyə məlumatda bildirilir.
Memorandum 5-10 noyabr tarixlərində Şanxayda keçirilən II Çin Beynəlxalq İdxal Sərgisində imzalanıb. Sərgidə 26 Azərbaycan şirkəti iştirak edib.
Hazırda Çində 1 Azərbaycan Ticarət Evi və 2 Şərab Evi fəaliyyət göstərir.
Sərgi çərçivəsində Azərbaycan sahibkarları, həmçinin xarici həmkarları ilə ixraca dair müzakirələr aparıb, distribütorluq və alqı-satqı müqavilələri imzalayıblar.*
B.Rüstəmbəyov