2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan bankları tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə $4,1 mlrd. məbləğində əməliyyat aparılıb ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 18% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“Yanvar-sentyabr ayıarında banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi $4,1 mlrd. təşkil edib. Bunun $3,2 mlrd.-nı (78%) ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib”, - bankdan bildirilir.
Yanvar-sentyabr aylarında qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların həcmi $19,5 mlrd. təşkil edib. “Valyuta bazarında əməliyyatların 81,8%-i ABŞ dollarında, 18,2%-i digər valyutalarda aparılıb”, - bankdan vurğulanıb.
Bu dövrdə qeyri-nağd valyuta əməliyyatlarının 33,6%-i banklararası valyuta bazarında (BVB), 66,4%-i isə bankdaxili valyuta bazarında (BDVB) aparılıb.
2018-ci ildə Azərbaycan bankları tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə $7 mlrd. məbləğində əməliyyat aparılıb.**
A.Əzizov