Armavir şəhərində faşistlərlə əlbir olan Qaregin Ter-Arutyunyana (Njde) quraşdırılan xatirə lövhəsinin üstünə qara boya çəkilib. Bunu Armavir şəhər Dumasının deputatı Aleksey Vinoqradov deyib.
“Dünən, noyabrın 12-də “Rusiyanın erməni Birliyi”nin yerli bölməsinin nümayəndələri, diyarın və yerli orqanların Qaregin Njdeyə quraşdırılan xatirə lövhəsini sökülməsini söz verdikləri gündən iki həftə ötüb”, - “Krasnaya Zvezda” informasiya agentliyi məlumat verir.
Öncə Vinoqradov dəfələlər bəyan edib ki, lövhənin sökülməsinə dair sözə əməl olunmayacağı halda o, bu məsələni şəxsən həll edəcək.
“Üçüncü reyx ilə əməkdaşlıqda özünü ləkələyənlərə abidələrin ucaldılması alman-faşist işğalçıları ilə mübarizə aparan xalq üçün təhqirdir. Əgər Qaregin Njde qəhrəmandırsa, o zaman ona xatirə lövhələri quraşdıranlar kimdir?”, - Vinoqradov bəyan edib.
2017-ci ildə Armavirin bir neçə biganə qalmayan sakinləri yerli hökumət orqanları, hüquq-mühafizə orqanları və prokurorluq orqanlarına şəhər ərazisində Qaregin Ter-Arutyunyana (Njde) quraşdırılan xatirə lövhəsini sökmək tələbi ilə bağlı kollektiv bəyanat ünvanlayıblar.
Müraciətin nəticələrinə əsasən, məsələnin mahiyyətinə dair heç nə həll etməyən cavablar alınıb. Ərizəçilərin tələbləri təmin olunmayıb.
Qeyd edək ki, İrəvanın mərkəzində də Njdenin abidəsi ucaldılıb.
Prezident İlham Əliyev oktyabr ayında MDB Dövlət Başçıları Şurasının iclasında Ermənistanın yeni hakimiyyətini Yerevanda nasist ideologiyasının tərəfdarı Qaregin Njdenin abidəsinin sökülməməsinə görə qınayıb.
İ.Əliyev müharibə illərində Azərbaycan xalqının rolunu, MDB liderlərinin dəfələrlə faşistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxış etdiklərini xatırladıb.
"Təəssüf ki, MDB məkanında, xüsusilə də Ermənistanda belə hallar baş verir. Əvvəlki hakimiyyət tərəfindən Yerevanın mərkəzində Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş faşist cəlladı və satqın Qaregin Ter-Arutyunyana abidə qoyulub", - deyə o qeyd edib.
Dövlət başçısı, həmçinin Rusiya Xarici İşlər Nazirliyinin nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi ilə bağlı vəziyyətə dair məruzəsindən sitat gətirib. Məruzədə deyilirdi ki, Njdenin nasistlərlə əməkdaşlıq etməsi barədə məlumatlar var. Əliyev xatırladıb ki, Njde sonradan Sovet hakimiyyəti tərəfindən həbs edilib və Vladimir şəhərindəki həbsxanada ölüb.
"Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu abidəni götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur", - deyə İ.Əliyev vurğulayıb.**
B.Rüstəmbəyov