2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana əmtəə idxalı 31,3% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“2019-cu ilin 9 ayında əmtəə idxalı 31.3% artıb. O cümlədən, dövlət sektoru üzrə əmtəə idxalı 2.3 dəfə artaraq 3.7 mlrd.manat, özəl sektor üzrə isə 2.3% artaraq 6 mlrd.manat olub”, - deyə məlumatda bildirilir.
Hesabat dövründə dövlət sektoru üzrə idxalın artımı Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən iri partiya qızıl külçə alışı və Azərbaycana gətirilməsi ilə əlaqədardır.
İdxal olunmuş məhsulların 15.5%-i Rusiya, 11.6%-i İsveçrə, 11.1%-i Türkiyə, 9.3%-i Çin, 6.3%-i ABŞ, 4.9%-i Almaniya, 3.8%-i Kanada kimi ölkələrin payına düşüb.
30 sentyabr 2019-cu il tarixinə ARDNF-in aktivlərində 100,66 ton qızıl (3 mln. 236 min 233,233 troya unsiyası) var.*
N.Abbasova