Prezident İlham Əliyev Yevlax şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə “Azərsu” ASC-yə 5 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.*
A.Əzizov