Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, Azərbaycan-Misir iqtisadi münasibətlərin böyük potensiala malikdir.
“İqtisadi sahədə əlaqələrimizə gəldikdə, deyə bilərəm ki, bu sahədə çox böyük potensial var”, - Əliyev çərşənbə günü Bakıda Misir Ərəb Respublikasının Nümayəndələr Palatası sədrinin birinci müavini Əl-Seyyid Mahmud əl-Şərifi qəbul edərkən bildirib.
“Yaxşı siyasi əlaqələrimizi nəzərə alaraq, hesab edirəm, iqtisadi sahədə biznes qurumlarına biz çox ciddi siqnal verməliyik ki, onlar öz fəaliyyətini bir az da genişləndirsinlər”, - Əliyev əlavə edib.
Dövlət başçısı turizm sahəsində əməkdaşlığın inkşafından məmnunluq ifadə edib, hər iki istiqamətdə turist axınında artım olduğunu vurğulayıb. **
B.Rüstəmbəyov