24,785 kq narkotik vasitəni qaçaq yolla Azərbaycan ərazisinə gətirən İran vətəndaşı Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən saxlanılıb.
“10 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində meşəlikdə gizlədilmiş 1 ədəd qara rəngli çanta aşkar olunaraq götürülüb. Çantaya baxış zamanı ümumi çəkisi 24 kq 785 qram olan narkotik vasitə, o cümlədən 13,24 kq heroin aşkarlanaraq götürülüb. Fakt üzrə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib və nəticədə Astara rayonunun Sım kəndi yaxınlığında qeyd olunan narkotik vasitələri Azərbaycan Respublikasına gətirən İran İslam Respublikası vətəndaşı 1982-ci il təvəllüdlü Əzimi Əhməd Əmənulla saxlanılıb”, - deyə məlumatda bildirilir.
Qeyd olunan fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.*
A.Əzizov