Azərbaycanın energetika naziri Pərviz Şahbazov 15-16 noyabr tarixlərində Almatı şəhərində Dayanıqlı İnkişaf Məqsədləri üzrə “Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi üçün maliyyə vəsaitlərinin səfərbər edilməsi” adlı ilk Regional sammitdə iştirak edəcək.
“Energetika naziri Pərviz Şahbazov sammitin açılışında çıxış, eləcə də “Strateji siyasətə dair dialoq: DİM-lərə çatmaq üçün düzgün yol seçmişikmi?” adlanan sessiyada panel müzakirələrdə iştirak edəcək”, - nazirliyin məlumatında deyilir.
Sammit Asiya İnkişaf Bankı (AİB) və BMT-nin İnkişaf Proqramının Qazaxıstan nümayəndəliklərinin dəstəyi ilə Qazaxıstanda keçirilir və bütün maraqlı tərəfləri birləşdirəcək. Tədbirdə hökumət, donor təşkilatları, biznes dairələri və vətəndaş cəmiyyətinin təmsilçilərindən ibarət 300 nümayəndə iştirak edəcək. **
N.Abbasova