Azərbaycan prezidenti İlham Əliyev dünya birliyini saxta dini şüarlar altında törədilən cinayətlərlə mübarizə aparmağa çağırıb.
“Bu gün dünyada mənəvi və milli dəyərlər, ənənələrə qarşı kampaniya aparılır. Bizim gənc nəsil bundan qorunmalıdır. Saxta dini şüarlar altında cinayətlər törədilir”, - Əliyev cümə axşamı Bakıda Dünya dini liderlərinin II Sammitinin açılışında bildirib.
O vurğulayıb ki, Azərbaycan hər zaman regionlararası dialoqda mühüm rol oynayıb. “Bugünkü tədbir bir daha Azərbaycanın necə vacib rol oynadığını və dinlərarası dialoqa verdiyi önəmi nümayiş etdirir”, - prezident bəyan edib. **
B.Rüstəmbəyov