Dağlıq Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub. Bu sözləri prezident İlham Əliyev deyib.
“Dağlıq Qarabağ qədimdən Azərbaycan ərazisi olub. Bütün qədim xəritələrdə və Çar Rusiyasının xəritələrində Dağlıq Qarabağdakı bütün toponimlər Azərbaycan mənşəli olub”, - deyə İ.Əliyev bu gün Bakıda keçirilən Dünya dini liderlərinin II Sammitinin açılışında bildirib.
Dövlət başçısı qeyd edib ki, 19-cu əsrdə ermənilərin Qarabağa köçürülməsinə başlanılıb ki, bu da 20-ci əsrin əvvəllərində bu regionun milli tərkibinin dəyişməsinə səbəb olub.
İ.Əliyev əlavə edib ki, bolşeviklərin dövründə Dağlıq Qarabağ məsələsi ilə bağlı sənədlərdə qeyd olunub ki, “Qarabağ Azərbaycana verilməməlidir, Azərbaycanın tərkibində saxlanılmalıdır”.*
B.Rüstəmbəyov