Gənclərin dini ənənələr barədə məlumatının kifayət dərəcədə olmaması ekstremistlərə gənclərin mühitində öz ideyalarını yaymağa imkan yaradır. Bunu Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill bu gün Bakıda keçirilən Dini liderlərin II Sammitinin açılışında bildirib.
“Etiraf etməliyik ki, ənənəvi dinlərə qarşı müharibə aparılır, şəhər və kəndlərdə, informasiya məkanında, amma hər şeydən vacib odur ki, insanların ağıl və qəblərində. Ən böyük təhlükə bundan ibarətdir ki, bu müharibədə öndə gənc nəslin nümayəndələri mübarizə aparırlar. Ekstremist ideoloji təşkilatlar gənclərin həyat təcrübəsinin olmaması, öz nöqteyi-nəzərlərini hər vəchlə müdafiə etməyə hazırlıqlı olmalarından istifadə edirlər. Bütün bunlar nəinki digər dinlər, hətta özlərinin dini ənənələri barədə baza biliklərinin çatışmamazlığı, az məlumatlı olması ilə daha da ağırlaşır”, - o bildirib. **