Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı iki hökumətlərarası sənədi təsdiq edib. Bu barədə dövlət baçısının saytında məlumat verilir.
Xüsusilə, prezident Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Sverdlovsk vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və digər sahələrdə beynəlxalq və xarici iqtisadi əlaqələrin həyata keçirilməsi haqqında sazişi təsdiq edib. Sənəd 2019-cu il sentyabrın 11-də Bakı şəhərində imzalanıb.
Bundan əlavə, prezident “Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” sazişi təsdiq edib. Bu sənəd 2019-cu il mayın 31-də Bakı şəhərində imzalanıb. **
B.Rüstəmbəyov