Xarici işlər naziri Elmar Məmmədyarov İsrailin Bakıdakı səfiri Dan Stavı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
“Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son vəziyyətə toxunaraq, Ermənistanın siyasi rəhbərliyinin səsləndirdiyi tamamilə əsassız bəyanatların bölgədə gərginliyin artmasına xidmət etdiyini vurğuladı”, - XİN-in mətbuat xidməti məlumat verir.
Nazir, həmçinin ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini qeyd etdi.
O cümlədən, tərəflər həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.
E.Məmmədyarov D.Stava gələcək fəaliyyətində uğurlar arzu etdi. **
B.Rüstəmbəyov