2019-cu il dekabrın 27-də “İpək Yolu Sığorta” şirkətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan”a şirkətdən məlumat verilib.
“Yığıncaq çərçivəsində səhmdarlar sığorta şirkətinin 2019-cu il ərzində maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi üçün müstəqil auditor seçəcəklər”, - şirkətdən məlumat verilib.
“İpək Yolu Sığorta” ASC 1996-cı ildən Azərbaycanın sığorta bazarında fəaliyyət göstərir və yığılan sığorta haqlarının həcminə görə aparıcı şirkətlərin onluğuna daxildir. Şirkətin nizamnamə kapitalı 14 mln. 77 min manata bərabərdir.
2019-cu ilin 9 ayı ərzində şirkətin sığorta yığımı 17 mln. 480 min manat, ödənişləri – 5 mln. 982,2 min manat təşkil edib. **
Ə.Məmmədov