“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi (İB) 2018-ci ilin yekunları üzrə 1 mln. 19,634 min manat məbləğində xalis mənfəət (2017-ci ildə zərər 553,282 min manat olub) əldə edib. Bu barədə İB-nin maliyyə hesabatında deyilir.
Hesabat dövründə zavod 254,908 min manat mənfəət vergisi ödəyib.
İstehsalat Birliyinin əsas əməliyyat gəliri 99 mln. 886,482 min manat (2018-ci ildə artım 28,7%) təşkil edib. İstehsal edilən məhsulun maya dəyəri 22,5% - 90 mln. 623,916 min manatadək artıb.
Nəticədə ötən il ümumi əməliyyat mənfəəti 9 mln. 262,566 min manat (artım 2,6 dəfə), xalis əməliyyat mənfəəti 1 mln. 274,542 min manat (2017-ci ildə zərər 553,282 min manat məbləğində olub) təşkil edib.
2018-ci ilin sonuna şirkətin aktivləri 58 mln. 429,879 min manat (artım 38,5%), öhdəlikləri 53 mln. 729,48 min manat (artım 30,5%) məbləğində qiymətləndirilir.
Ötən ilin sonuna şirkətin məcmu kapitalı 4 mln. 856,931 min manat (artım 4,3 dəfə), nizamnamə kapitalı 3 mln. 572,592 min manat (dəyişməyib) təşkil edib.
Gəncə Avtomobil Zavodu 2004-cü ilin dekabr ayından fəaliyyət göstərir. Zavod 2006-cı ildən Gəncədə Belarus istehsalı olan bütün növ yük avtomobilləri və traktorların yığılmasını həyata keçirir.
2018-ci ildə zavodda 1303 ədəd MTZ traktoru, 697 ədəd traktor qoşqusu, 58 ədəd KAMAZ, 100 ədəd URAL, 9 ədəd HALLER məişət tullantıları daşıyan maşın və digər texnika istehsal edilib.*
Ə.Məmmədov