Dekabrın 5-6-da Bakıda innovasiyalar sahəsində beynəlxalq əməkdaşlığa həsr olunmuş IV “İnnovasiyalar zamanı 2019” Forumu keçiriləcək.
Forumda 50-dən çox məruzə oxunacaq. Forum iştirakçıları öz işlərini təqdim edəcək, son tendensiyaları müzakirə edib, biznesin bütün sahələrində innovasiyaların tətbiqinə dair təcrübələri ilə bölüşəcəklər.
Forumda istehsalatda texnoloji innovasiyalar, biznes-proseslərin təkmilləşdirilməsi, innovativ elektron sənəd dövriyyəsi sistemləri, dövlət və cəmiyyət üçün korporativ innovasiyalar, biznesdə texnoloji innovasiyalar, təşkilati-idarəetmə və sosial innovasiyalar, marketinq kommunikasiyalarındakı innovasiyalar kimi mövzular müzakirə olunacaq.
Forumda Azərbaycan və Rusiya şirkətləri iştirak edəcək.*
B.Rüstəmbəyov