2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ÜDM 2,1% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
9 ayın yekunları üzrə Azərbaycanda ÜDM-in artımı 2,5% təşkil edib.
Cari ilin yanvar-oktyabr aylarında ÜDM-nin nominal həcmi 65 mlrd. 415,1 mln. manat təşkil edib.
2019-cu ilin 10 ayı ərzində neft-qaz sektorunda ÜDM-in artımı 0,2%, qeyri-neft sektorunda 3,5% təşkil edib.
Bu dövrdə ÜDM-nin əhalinin hər nəfərinə düşən həcmi 6 min 609,6 manat təşkil edib.
Statistik məlumatlara əsasən, hesabat dövründə tikinti istisna olmaqla (azalma 6,2%) bütün sahələrdə artım qeydə alınıb.
Azərbaycan hökuməti 2019-cu ildə ÜDM-nin 3,2 % artacağını proqnozlaşdırır.
2018-ci ildə Azərbaycanda ÜDM 1,4% artıb.**
Ə.Məmmədov