İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) SECO-nun dəstək göstərə biləcəyi sahələr üzrə təkliflər təqdim etməyi təklif edib. Bu barədə “İnterfaks-Azərbaycan”a Palatadan məlumat verilib.
“Hazırda SECO Cənubi Qafqaz ölkələri üzrə 4 illik - 2021-2024-cü illəri əhatə edəcək strateji plan hazırlayır. SECO-nun Cənubi Qafqaz üzrə yeni regional direktoru Daniyel Myuli SECO-nun dəstək göstərə biləcəyi sahələr üzrə Palataya təkliflər hazırlamağı təklif edib”, - Palatadan qeyd olunub.
SECO İsveçrə Federal hökumətin iqtisadi siyasət və əmək bazarında siyasətə dair əsas məsələləri üzrə mərkəzidir. SECO-nun məqsədi dayanıqlı iqtisadi artıma, məşğulluğun yüksək səviyyəsinə və zəruri normativ-hüquqi, iqtisadi və xarici siyasi çərçivələrin yaradılması üsulıu ilə ədalətli şəraitə yardım etməkdir. **
Ə.Məmmədov