“Embafinans” BOKT Qapalı Səhmdar Cəmiyyətinə çevrilib (QSC).
“Embafinans” BOKT təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrildi”, - BOKT-nın elanında qeyd edilir.
“Embafinans” 2012-ci ildən fəaliyyət göstərir və bu illər ərzində 150 mindən çox müştəriyə 160 milyona yaxın kredit verib. Nizamnamə kapitalı 10 mln. manatdır. Ödəmə vaxtı keçmiş kreditlərin cəmi kreditlərdə xüsusi çəkisi cəmi 4,5%-dir. Effektivliyinə (mənfəət/kapital nisbətinə) və kredit portfelinin problemsizliyinə görə ilk 5 bankla müqayisə ediləcək səviyyədədir.
“Embafinans” mebel və məişət avadanlıqları bazarında bir çox şirkətlərin məhsullarını kreditləşdirir. “Embafinans”ın 2-si Bakıda, 4-ü isə regionlarda olmaqla 6 filialı var.**
Ə.Məmmədov