2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 mlrd. 440 mln. 455,57 min təşkil edib ki, bu da 2018-ci ilin 10 ayının göstəricisindən 22,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,63%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
Yanvar-oktyabr aylarında Azərbaycan Rusiyaya $570 mln. 78,77 min dəyərində (artım 11,8%) məhsul ixrac edib. Bütövlükdə, cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan ixracın 3,39%-i Rusiyanın payına düşüb.
Yanvar-oktyabr aylarında Rusiyadan Azərbaycana idxalın həcmi $1 mlrd. 807 mln. 376,8 min (artım 21,9%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 16,33% Rusiyadan tədarükün payına düşüb.
Beləliklə, bu dövrdə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $1 mlrd. 300 mln. 298,03 min təşkil edib.
2018-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 mlrd. 550 mln. 906,07 min təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 19,1% çoxdur. Ötən il Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,25%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.**
B.Rüstəmbəyov