2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan 26 mln. 858,068 min ton bəyan edilmiş neft ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan ixrac olunmuş $12 mlrd. 965 mln. 270,26 min dəyərində neftin bəyan edilmiş həcmi 26 mln. 858,068 min ton təşkil edib”, - Komitədən bildirilir.
2018-ci ilin yanvar-oktyabr aylarında ixrac edilmiş $12 mlrd. 923 mln. 328,03 min dəyərində neftin bəyan edilmiş həcmi 24 mln. 195,372 min ton təşkil edib. Beləliklə, 2019-cu ilin hesabat dövründə neft ixracı miqdar ifadəsində 11%, dəyər ifadəsində 0,3% artıb.
2019-cu ilin 10 ayı ərzində Azərbaycan $1 mlrd. 882 mln. 541,67 min dəyərində 9 mlrd. 590 mln. 60,89 min kubmetr bəyan edilmiş qaz ixrac edib.
2018-ci ilin yanvar-oktyabr aylarında ixrac edilmiş $1 mlrd. 209 mln. 621,69 min dəyərində qazın bəyan edilmiş həcmi 6 mlrd. 184 mln. 175,16 min kubmetr təşkil edib. Beləliklə, 2019-cu ilin hesabat dövründə qaz ixracı miqdar ifadəsində 55,1%, dəyər ifadəsində 55,6% artıb.
2018-ci ildə Azərbaycandan ixrac olunmuş $15 mlrd. 719 mln. 482,37 min dəyərində neftin bəyan edilmiş həcmi 29 mln. 498,337 min ton, $1 mlrd. 499 mln. 385,84 min dəyərində qazın bəyan edilmiş həcmi 7 mlrd. 900 mln. 12,99 min kubmetr təşkil edib.**
N.Abbasova