2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən 768,292 min ton neft məhsulları ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Yanvar-oktyabr aylarında Azərbaycandan $368,116 milyon dəyərində 768,292 min ton neft məhsulları ixrac olunub”, - deyə məlumatda bildirilir.
2018-ci ilin yanvar-oktyabr aylarında $459,662 milyon dəyərində 895,112 min ton neft məhsulları ixrac edilib. Beləliklə, cari ilin yanvar-oktyabr aylarında ixracın həcmi miqdar ifadəsində 14,2%, dəyər ifadəsində 19,9% azalıb.
Ötən il Azərbaycandan $520,6 milyon dəyərində 1 milyon 15,118 min ton neft məhsulları ixrac olunub.*
N.Abbasova