Azərbaycan prezidenti İlham Əliyev Qələbənin 75-ci ildönümü ərəfəsində faşizmin qəhrəmanlaşdırılması ilə mübarizə məqsədilə siyasətçiləri, ictimai xadimləri, dini liderləri, QHT-ləri, medianı səylərini birləşdirməyə çağırıb.
“Qələbənin 75-ci ildönümü ərəfəsində biz, - mən siyasətçiləri, ictimai xadimləri, dini liderləri, QHT-ləri, medianı nəzərdə tuturam, - səylərimizi birləşdirməliyik (faşizmin qəhrəmanlaşdırılması ilə mübarizədə - İF). Biz bir mövqedən çıxış etməliyik. Çünki bu, böyük təhlükədir. Bu, təkcə tarixin təhrif olunması demək deyil. Bu, gələcək diskriminasiya üçün zəmin yaratmaqdır”, - İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavini, yəhudi din xadimi Rabbi Abraham Kuper ilə görüşdə bildirib.
Azərbaycan prezidenti MDB məkanında bu cür proseslərin olması ilə bağlı təəssüfünü bildirib. “Mən faşistlərə xidmət edən, Ermənistan hökuməti tərəfindən şərəfinə 6 metr hündürlüyündə abidə ucaldılmış Qaregin Ter-Arutunyanın adını çəkdim. O, faşist Almaniyası, müharibə vaxtında “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur” ifadəsini işlədən bir şəxs idi və bu şəxsin müxtəlif millətlərin, o cümlədən yəhudilərin və digər insanların qətlində əli olub. O, Bolqarıstanda gizli şəbəkə yaratmışdı. Casusluq şəbəkəsi yaradılmışdı. O, həbs olunmuş, uzun müddətə azadlıqdan məhrum edilmiş və Vladimir şəhərində həbsxanada vəfat etmişdi”, - dövlət başçısı qeyd edib.
Əliyev əlavə edib ki, Ermənistanın yeni hökumətini o abidəni sökməyə çağırıb, çünki onu əvvəlki hökumət ucaltmışdı. “Yeni hökumət (Ermənistanda - İF) özünü demokratik hökumət kimi göstərir. Beləliklə, bunu göstərin, abidəni sökün”, - o vurğulayıb.
Prezident qeyd edib ki, Amerikada, Rusiyada, Fransada, Minsk qrupunun həmsədr ölkələrinin hamısında erməni lobbisi var. “Lakin bir həqiqət var. Qələbənin 75-ci ildönümü ərəfəsində biz Yerevanın mərkəzində bu abidənin olmasına necə dözə bilərik. İndi onlar, - mən mətbuatdan eşitmişəm, - Bolqarıstanda abidə tikməyə çalışırlar. Onlar birini Rusiyanın Armavir şəhərində ucaldıblar. Çox cəsur bir insan gəlib onun üstünə qara boya töküb və indi erməni diasporu ona hücum edir. Onlar faşisti müdafiə edirlər. Ona görə də, əlbəttə ki, biz ümid edirik dünyadakı yəhudi icmaları bizim səsimizə səs verəcək və Ermənistan hökumətini bu abidəni sökməyə məcbur edəcəklər”, - Əliyev bildirib. **
A.Əzizov