Sumqayıtda zavodların birində kütləvi zəhərlənmə hadisəsi baş verib. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilir.
“Bununla əlaqədar, 13 nəfər şəhərin özəl klinikalardan birinə müraciət edib. Onlardan 10-u ambulator müalicəyə buraxılıb. 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb”, - nazirlikdən bildiriblər.
Xəstələrin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Günün sonuna onların evə buraxılması gözlənilir.
Həmçinin, nazirlik hadisənin hansı zavodda baş verdiyi və əməkdaşların hansı maddədən zəhərləndiklərini dəqiqləşdirmir. **
B.Rüstəmbəyov