Dekabrın 25-də “Unibank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
“Yığıncağın gündəliyinə iki məsələ daxildir: bankın idarəetmə strukturuna daxil olan orqanlarına təyinatlar və yeni təyin olunanların əmək haqlarının müəyyən edilməsi”, - deyə məlumatda bildirilir.
Noyabrda Eldar Qəribov “Unibank”ın əsas səhmdarı olub. O, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 35,4748% iştirak payını almaqla bankın nizamnamə kapitalında iştirak payını 77,3839%-dək artırıb. AYİB-in iştirak payı isə 9%-dək azalıb.
Eyni zamanda, “Unibank”ın səhmdarları fiziki (6,0157%) və hüquqi şəxslərdir (7,6004%).
Sövdələşmə nəticəsində bankın nizamnamə kapitalı 125 milyon 686,356 min manat səviyyəsində qalıb və hər birinin nominal dəyəri 2,72 manat olan 46 milyon 208,219 min ədəd səhmə bölünüb.
“Unibank” 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir.*
A.Əzizov