Azərbaycanda 200 min nəfərə yaxın qadın hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib.
“Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan qadınların sayı 200 minə yaxındır. Onlardan 33%-i Bakıda, 17%-i Aran, 16%-i Gəncə-Qazax, 10%-i Lənkəran iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə fəaliyyət göstərir”, - deyə o, bu gün “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” adlı forumda bildirib.
Nazir müavini qeyd edib ki, Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən indiyədək 4,3 min qadına biznesin inkişafı üçün 115 milyon manatdan çox güzəştli kredit verilib.*
B.Rüstəmbəyov