2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanın büdcə gəlirləri plandan əlavə 850 milyon manat təşkil edib. Bunu prezident İlham Əliyev deyib.
“Bunun yarısı gömrük, yarısı vergi orqanları hesabına formalaşıb”, - deyə dövlət başçısı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşdə bildirib.
Onun sözlərinə görə, bu vəsait maaşları və pensiyaları artırmağa, eləcə də investisiya layihələrinə vəsait ayırmağa imkan verir.
2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 23 milyard 168 milyon manat, xərcləri üzrə proqnoz 25 milyard 190 milyon manat təşkil edir, kəsir isə 2 milyard 22 milyon manat və ya ÜDM-nin 2,5%-i səviyyəsində proqnozlaşdırılır.*
Ə.Məmmədov