Kənd Təsərrüfatı Nazirliyi Göygöl rayonunda heyvandarlıq kompleksinin tikintisinə təxminən 13 milyon manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş materiallara əsasən, «Fasad-F» MMC ilə iri və xırdabuynuzlu mal-qara üçün heyvandarlıq kompleksinin tikintisi haqqında müqavilə imzalanıb.
Müqavilənin dəyəri 12 milyon 750, 533 min manatdır (cari iməzənnə ilə $7,5 milyon).
B.Rüstəmbəyov