Azərbaycan yanvar-sentyabr aylarında $5 milyon 376,27 min dəyərində şərab və üzüm suslosu ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
"Yanvar-sentyabr aylarında Azərbaycan $5 milyon 376,27 min dəyərində 401,6 min dekalitr şərab və üzüm suslosu ixrac edib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi miqdar ifadəsində 18,7%, dəyər ifadəsində 2,7% azalıb", - deyə məlumatda bildirilir.
Hesabat dövründə ixracın əsas həcmi Rusiyanın payına düşüb. Belə ki, 9 ay ərzində bu ölkəyə $4 milyon 468,43 min dəyərində (azalma 6,7%) 377,58 min dekalitr (azalma 19,9%) şərab ixrac edilib.
2018-ci ildə Azərbaycan $7 milyon 561,96 min dəyərində şərab və üzüm suslosu ixrac edib.
2018-ci ildə Azərbaycanda 1,5 milyon dekalitr şərabçılıq məhsulları istehsal edilib. 2017-ci illə müqayisədə istehsalın həcmi 48,9% artıb.
Hökumət qarşısında şərabçılıq məhsullarının ixrac həcminin artırılması vəzifəsi durur. 2026-cı ilədək bu məhsulların ixrac həcmi 1,875 milyon dekalitrə qədər artırılmalıdır.*
B.Rüstəmbəyov