Dekabrın19-da «AtaSığorta» ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Yığıncağın gündəliyinə şirkətin 2020-ci il üzrə büdcə, sığorta haqqı yığımları və sığorta ödənişləri ilə bağlı proqnozların təsdiqlənməsi məsələsi daxildir”, - deyə şirkətdən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Bundan başqa, yığıncaqda sığorta şirkətinin cari fəaliyyəti ilə bağlı digər məsələlər də nəzərdən keçiriləcək.
“AtaSığorta” şirkəti 2004-cü ilin sentyabr ayında fəaliyyət üçün lisenziya alıb. “AtaHoldinq” şirkətin yeganə səhmdarıdır. Azərbaycanın 15 aparıcı sığorta şirkətindən biri olan “AtaSığorta”nın nizamnamə kapitalı 14,6 milyon manatdır.
30 iyun tarixinə şirkətin aktivləri 27 milyon 45,278 min manata, kapitalı 10 milyon 219,818 min manata, öhdəlikləri 16 milyon 152,222 min manata bərabərdir.*
Ə.Məmmədov