Azərbaycan 2019-cu ilin yanvar-sentyabr aylarında $30 milyon 418,78 min məbləğində şokolad idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
"Yanvar-sentyabr aylarında Azərbaycan $30 milyon 418,78 min dəyərində 12,164 min ton şokolad idxal edib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə idxalın həcmi miqdar ifadəsində 6,9%, dəyər ifadəsində 13% artıb", - deyə məlumatda bildirilir.
Azərbaycana şokoladın əsas tədarükçüsü Rusiya olub. Cari ilin 9 ayı ərzində RF-dən $20 milyon 469,29 min dəyərində (artım 22,3%) 8,802 min ton (artım 16,9%) şokolad idxal edilib. 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana şokolad idxalının 72,3%-i RF-nin payına düşüb.
Azərbaycana şokoladın digər iri tədarükçüsü isə Ukraynadır. Yanvar-sentyabr aylarında bu ölkədən $2 milyon 900,56 min dəyərində 1,558 min ton məhsul idxal edilib.
Eyni zamanda, Azərbaycan yanvar-sentyabr aylarında $3 milyon 156,22 min dəyərində (artım 21,4%) 1,5 min ton (artım 24,2%) şokolad ixrac edib. Rusiyaya $1 milyon 789,52 min məbləğində (artım 48,7%) 835,33 ton (artım 46,44%) şokolad ixrac edilib.*
B.Rüstəmbəyov