Zaur Cəlilov "LUKOYL-Azərbaycan" QSC-nin baş direktoru təyin olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
O, bu vəzifədə Aydar Abdullini əvəz edib. A.Abdullin isə "LUKOYL-Trans" MMC-yə baş mühəndis vəzifəsinə təyin olunub.
Z.Cəlilov bundan əvvəl “LUKOIL Italia S.r.l.”də (Roma) kommersiya məsələləri üzrə menecer vəzifəsində işləyib.
"LUKOIL" PSC Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir. Hazırda şirkət “Şahdıniz” qaz-kondensat yatağının işlənməsində iştirak edir.
“LUKOYL”, həmçinin 1995-ci ildən Azərbaycanda dünya standartlarına cavab verən yanacaqdoldurma məntəqəsi komplekslərinin şəxsi satış şəbəkəsini inkişaf etdirir. Bundan başqa, şirkət ildə 120 min ton neft məhsulunun boşaldılıb yüklənməsini təmin edən neft bazasına malikdir.*
A.Əzizov