Azərbaycan və Qazaxıstanın baş nazirləri Əli Əsədov və Askar Mamin Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin (TransCaspian Fiber Optic (TCFO)) tikintisinə start veriblər. Bu barədə bu gün Qazaxıstan baş nazirinin mətbuat xidmətindən məlumat verilib.
“Bu, transkontinental layihədir və Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizi yaradacaq. Xəzərin dibi ilə 380-400 km uzunluğunda kabel "Transtelekom" SC, “KazTransCom” və “AzerTelecom” tərəfindən çəkiləcək. Fiber-optik rabitə xətti 2021-ci ilin sonunadək istismara veriləcək", - deyə məlumatda qeyd olunur.
Mamin və Əsədov, həmçinin iki ölkə arasında ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika, kənd təsərrüfatı, kosmik və mədəni-humanitar sahələrdə əməkdaşlığın vəziyyəti və perspektivlərini müzakirə ediblər.*