Prezident İlham Əliyev Ağsu–Kürdəmir–Bəhrəmtəpə (53 km)–Zərdab avtomobil yolunun yenidən qurulması məqsədilə Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5 milyon manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Avtomobil yolu 24 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.
İqtisadiyyat Nazirliyinə 2020-ci il dövlət büdcəsi layihəsində avtomobil yolunun yenidən qurulmasının başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılıb.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.*
B.Rüstəmbəyov