2019-cu ilin birinci yarısında Azərbaycanın sığorta sektorunun xalis mənfəəti (sığorta, təkrar sığorta və broker şirkətləri daxil olmaqla) 64,109 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 24,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə maliyyə bazarındakı mənbə məlumat verib.
Yanvar-iyun aylarında sığorta sektorunun gəlirləri 2018-ci ilin birinci yarısı ilə müqayisədə 0,7% - 372,578 milyon manatadək, sığorta haqları 7,8% - 403,318 milyon manatadək, xalis sığorta ehtiyatları isə 86,941 milyon manat azalıb.
İnvestisiya gəlirləri 30,008 milyon manat (artım 12%), sığorta haqlarında təkrar sığortaçıların payı 10,042 milyon manat (azalma 26,6%) təşkil edib.
Sığorta sektorunun xərcləri 4,8% - 301,285 milyon manatadək azalıb. Sığorta ödənişləri 122,142 milyon manat (azalma 2%), təkrar sığorta ödənişləri 75,586 milyon manat (azalma 14,9%), işin aparılması xərcləri 87,711 milyon manat (azalma 1%) təşkil edib.
2019-cu ilin I yarısında sığorta sektoru 7,185 milyon manat məbləğində mənfəət vergisi ödəyib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,3% çoxdur.
2019-cu il iyulun 1-nə sığorta sektorunda 34 hüquqi şəxs qeydiyyata alınıb, onların 33-ü özəl hüquqi şəxs (8 şirkət xarici kapitala malikdir - İF), 22-si sığorta, 1-i təkrar sığorta, 11-i broker şirkətidir.*
Ə.Məmmədov