2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 6 milyard 900,3 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 7,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 3 milyard 350,8 milyon manat məbləğində heyvandarlıq, 3 milyard 549,5 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 3,2%, bitkiçilik məhsullarının istehsal həcmi 11,4% artıb.
Yanvar-oktyabr aylarında respublikada 429,9 min ton ət (artım 2,9%), 1 milyon 751,4 min ton süd (artım 1,8%), 1 milyard 531,7 milyon ədəd yumurta (artım 8,1%), 15,9 min ton yun (artım 1,5%), 643,7 ton barama (artım 25,3%) istehsal edilib.
Noyabrın 1-nə 3,249 milyon ton dənlilər və dənli paxlalı bitkilər (artım 6,3%), 966,5 min ton kartof (artım 9,1%), 1 milyon 538,8 min ton tərəvəz (artım 10,7%), 447,6 min ton bostan məhsulları (artım 11,4%), 908,2 min ton meyvə və giləmeyvə (artım 12,9%), 190,5 min ton üzüm (artım 30,2%), 894,3 ton çay (artım 5,8%), 34,3 min ton günəbaxan (artım 42,2%), 4,3 min ton tütün (azalma 10,7%) 173,2 min ton şəkər çuğunduru (azalma 36,2%), 264 min ton pambıq (artım 40,5%) yığılıb.
2018-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 4,6% artıb.*
B.Rüstəmbəyov