Sərnişinlərdən birinin halının qəfil pisləşməsi ilə əlaqədar olaraq “Buta Airways”in Bakı-İstanbul marşrutu üzrə reysi yerinə yetirən təyyarəsi uçuş aeroportuna geri qayıdıb.
“Sərnişinlərdən birinin halının qəfil pisləşməsi ilə əlaqədar olaraq “Buta Airways”in J2 9103 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb. Reys Bakı vaxtı ilə saat 09:40-da uğurlu eniş edib”, - deyə aviaşirkətdən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Təyyarənin göyərtəsində 104 sərnişin olub.
“Xəstə sərnişini tibb əməkdaşlarına təhvil verdikdən sonra təyyarənin ekipajının İstanbula uçuşa hazırlaşacağı gözlənilir”, - deyə məlumatda qeyd olunur.*
A.Əzizov