“Henley & Partners” şirkəti növbəti Vətəndaşlıq dəyəri indeksini (Kälin and Kochenov’s Quality of Nationality Index, QNI) təqdim edib. Azərbaycan bu indeksdə 105-ci yerdədir.
Ölkə mümkün 100%-dən 30,1% toplayıb.
Azərbaycan bir il ərzində ümumi reytinqdə mövqeyini 3 pillə yaxşılaşdırsa da, 0,2% itirib. Eyni zamanda, ölkə son 5 il ərzində 0,4% əldə edib.
Birinci yerdə əvvəlki illərdə olduğu kimi 83,5%-lə Fransa qərarlaşıb. Ondan sonra Almaniya və Niderland gəlir. Liderlərin beşliyinə Danimarka, Norveç, İsveç və İslandiya daxildir.
Əfqanıstan (15,4%) və Somali (13,8%) isə ən aşağı göstəricilərə malikdir.*
A.Əzizov