Prezident İlham Əliyev Şahin Məmmədovun Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.
Bu təyinatla əlaqədar Ş.Məmmədov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezident İ.Əliyev, həmçinin Rafil Hüseynovun Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncamlar imzalayıb.*
B.Rüstəmbəyov