“Bank BTB”nin 2019-2021-ci illər üzrə inkişaf strategiyasının həyata keçirilməsi çərçivəsində İdarə Heyətinin tərkibi genişləndirilib. Bu barədə bankın məlumatında deyilir.
“Rövşən Fərhad-zadə İdarə Heyəti sədrinin müavini və İdarə Heyətinin üzvü, Rauf Qurbanov isə İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib”, – deyə məlumatda bildirilir.
Bununla da, İdarə Heyəti üzvlərinin sayı 5-ə çatdırılıb - İdarə Heyətinin sədri Emil Rzayev, İdarə Heyəti sədrinin müavini Rövşən Fərhad-zadə, İdarə Heyətinin üzvləri Vüsal Şahverdiyev və Rauf Qurbanov.
“Bank BTB” ASC 2010-cu ilin aprel ayında Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir.*
Ə.Məmmədov