2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana 1 milyon 112,9 min ton buğda idxal edilib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 34,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $240 milyon 747,3 min (artım 1,6 dəfə) təşkil edib.
Hesabat dövründə Azərbaycana $90 milyon 305,8 min dəyərində (artım 42,6%) 242,3 min ton şəkər xammalı və şəkər (artım 39,9%), $77 milyon 403,1 min dəyərində (azalma 5,8%) 101,7 min ton bitki yağı (artım 6%), $38 milyon 578,7 min dəyərində (artım 3,7%) 9,888 min ton çay (artım 2,5%), $49 milyon 812,6 min dəyərində (azalma 2,6%) 9,845 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (artım 13%) idxal edilib.
Yanvar-sentyabr aylarında respublikaya $19 milyon 538,8 min dəyərində (artım 17,4%) 6,169 min ton iribuynuzlu heyvan əti (artım 13,2%), $32 milyon 19,3 min dəyərində (artım 13,5%) 27,621 min ton quş əti və quş əti məhsulları (artım 9,6%) idxal edilib.
Yanvar-sentyabr aylarında Azərbaycana $81 milyon 810,2 min dəyərində (artım 16,8%) 81,127 min ton meyvə (artım 2,7%), $8 milyon 603,7 min dəyərində (artım 28,4%) 16,513 min ton tərəvəz (artım 36,3%), $28 milyon 493 min dəyərində (artım 29,2%) 109,2 min ton kartof (artım 23,9%) idxal edilib.
Hesabat dövründə ölkədən $158 milyon 785,2 min dəyərində (artım 0,3%) 171,3 min ton tərəvəz (azalma 3%), $201 milyon 526,8 min dəyərində (artım 30,9%) 149,5 min ton meyvə (artım 21,5%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $23 milyon 176,4 min dəyərində (artım 11,6%) 53,446 min ton şəkər (artım 49,5%), $5 milyon 889,3 min dəyərində (azalma 15,7%) 6,737 min ton bitki yağı (azalma 17,2%) ixrac edilib.
Həmçinin yanvar-sentyabr aylarında Azərbaycan $8 milyon 143,9 min dəyərində (аrtım 18,2%) 7,203 min ton meyvə və tərəvəz şirələri (artım 33,7%), $5 milyon 396,7 min dəyərində (azalma 2,7%) 402 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (azalma 18,7%), $5 milyon 810,1 min dəyərində (аrtım 9%) 4 min 686,9 ton meyvə və tərəvəz konservləri (azalma 0,4%), $9 milyon 920,5 min dəyərində (artım 40,2%) 4,711 min ton tütün (artım 2 dəfə) ixrac edib.*
B.Rüstəmbəyov