Azərbaycanın hüquq-mühafizə orqanları bu gün ölkənin Rusiya ilə sərhəd rayonlarında “Sərhəd-sipər” əməliyyatının keçirilməsinə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
“Əməliyyat Rusiya tərəfi ilə razılaşma əsasında Azərbaycanın şimal və şimal-qərb rayonlarında keçirilir. Məqsəd transmilli mütəşəkkil cinayətkar dəstələrin, terror təşkilatlarının üzvlərinin zərərsizləşdirilməsi, silahların, partlayıcı maddə və qurğuların, narkotik vasitələrin daxil olduğu kanalların aşkarlanaraq aradan qaldırılması üzrə təşkilati-əməli tədbirlər kompleksinin həyata keçirilməsindən ibarətdir.
Məlumatda qeyd olunur ki, əməliyyatın keçirildiyi rayonların girişində polis postları qurulub.
“Əməliyyat noyabrın 24-də başa çatacaq”, - deyə məlumatda vurğulanır.*
A.Əzizopv