ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer hesab edir ki, Azərbaycan və Ermənistan dini liderlərinin görüşləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək edəcək.
Səfir bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allaşhşükür Paşazadə ilə görüşdə səsləndirib.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Ö.Litzenberqer belə görüşlərin, müxtəlif səviyyədə cəmiyyət nümayəndələrinin – jurnalistlərin, dini icma nümayəndələrinin, qadın fəalların qarşılıqlı səfər və müzakirələrinin xalqlar arasında sülhün baş tutacağına ümidləri artırdığını bildirib.
Şeyxülislam A.Paşazadə erməni dini lideri ilə keçirdiyi çoxsaylı görüşlər barədə məlumat verib. O, II Qareginlə əldə olunmuş razılaşmanın yerinə yetirilməməsindən təəssüfləndiyini bildirib.
QMİ sədri dini liderlərin görüşlərinə dair səfirin təklifini müsbət dəyərləndirib.*
A.Əzizov