Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün Rusiya Federasiyasına rəsmi səfərə gəlib. Bu barədə AZƏRTAC agentliyinin məlumatında deyilir.
Daha əvvəl verilən məlumata görə, M.Əliyeva noyabrın 21-də Rusiyanın baş naziri Dmitri Medvedevlə görüşəcək. Görüşdə iki ölkə arasında ticarət-iqtisadi, elmi-texniki, mədəni-humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Bundan başqa, M.Əliyeva 22-23 noyabr tarixlərində Moskvada keçiriləcək X Rusiya-Azərbaycan Regionlararası Forumunda iştirak edəcək.
Azərbaycanın birinci vitse-prezidenti və RF Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matvienko noyabrın 23-də Forumun plenar iclasını keçirəcəklər.
Forum RF İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanın İqtisadiyyat Nazirliyi tərəfindən “Roskonqres” Fondunun dəstəyi ilə təşkil edilib.*
B.Rüstəmbəyov